Həmkarlar İttifaqı fəalı Ayxan İsrafilov ona fiziki təzyiqlərin olduğunu bildirib

tərəfindən Gozetci

Ayxan İsrafilov

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində proses zamanı İşçi Masası Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov ona qarşı irəli sürülən narkotik maddə ittihamını rədd edib.

O bildirib ki, saxlanıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsində fiziki təzyiq altında etirafedici ifadə vermək məcburiyyətində qalıb. Həmçinin onu evdə axtarış aparılması və digər ailə üzvlərinin məsuliyyətə cəlb olunması ilə hədələyiblər.

O ifadə verib ki, polisə aparılarkən ona bildiriblər ki, həbsə göstəriş “yuxarıdan” gəlib və o, narkotik maddəni etiraf etməlidir. İsrafilov ona qarşı cinayət işini Həmkarlar İttifaqı fəaliyyətilə əlaqələndirib.

Hakim Fəxri Məmmədov fəala qarşı ehtimal edilən psixoloji və fiziki təzyiqlə bağlı sorğuları istintaq orqanına və prokurorluğa göndərmək barədə qərar qəbul edib və növbəti iclası yanvarın 30-na təyin edib.

* İşçi Masası Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov bu ilin avqust ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə (narkotik maddələrin saxlanması və yayılması) ittiham olunub. Ayxan İsrafilov ittihamı qəti şəkildə rədd edir və öz həbsin ictimai fəaliyyətilə əlaqələndirir ki, bu da kuryer xidməti işçilərinin hüquqlarının qorunmasında özünü göstərib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az