Jurnalist Elnarə Qasımova Abzas Media-nın işi üzrə dindirilməyə çağırılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Elnarə Qasımova

Jurnalist Elnarə Qasımova Abzas Media işi üzrə saxlanılıb

Jurnalist Elnarə Qasımova Abzas Media işi üzrə saxlanılıb.  Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, E.Qasımova yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Vəkil qeyd edib ki, E.Qasımova ittihamları qəbul etmir və bunu öz jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Elnarə Qasımova Abzas Media işi üzrə cinayət məsuliyyətinə cəlb edilən altıncı jurnalistdir.

*   *   *

Jurnalist Elnarə Qasımova yanvarın 13-də saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Ona “Abzas Media” işi üzrə yaranan sualları cavablandırması üçün çağırıldığı bildirilib.

Qasımova bu iş üzrə istintaqın əvvəlində artıq şahid qismində dindirilmək üçün paytaxt polisinə çağırılıb.

Noyabrın 20-dən dekabrın 14-nə qədər Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalov, habelə jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı saxlanılıb. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham ediliblər. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az