Sərhədsiz Reportyorlar: “Abzas Media jurnalistlərinin təqibinə son qoyulmalıdır”

tərəfindən Gozetci

“Sərhədsiz Reportyorlar” (SQ) beynəlxalq jurnalistləri müdafiə təşkilatı jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalının hələ də həbsdə saxlanılmasını pisləyib.

“Heç bir əsas olmamasına baxmayaraq, Azərbaycanda məhkəmələr Abzas Media internet nəşrinin jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızını, habelə Hafiz Babalını həbsdə saxlamaqda davam edir. Bu jurnalistlərin təqibinə son qoyulmalıdır. Onlar azad edilməlidir”,- deyə “Sərhədsiz Reportyorlar”ın X sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş məlumatda bildirilir.

Xatırlatma

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı 2023-cü ilin noyabr-dekabr aylarında xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək məmurların korrupsiya faktları ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 9 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə heç kəsin təzyiq görmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az