Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmaqdan yenə imtina edib

tərəfindən Gozetci

Qubad İbadoğlu

Yanvarın 10-da  Bakı Apellyasiya Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasından imtinaya dair vəsatətə baxılıb.

Vəkil Şəhla Hümbətova Turan-a bildirib ki, məhkəmə vəsatəti təmin etməyərək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəsatət ondan ibarət olub ki, İbadoğlunun həbsindən altı ay keçsə də, onunla istintaq hərəkətləri aparılmır. Eyni zamanda, istintaq təcridxanasında İbadoğlunun səhhəti getdikcə pisləşir.

Vəkil təəssüflə bildirib ki, məhkəmələr İbadoğlunun ev dustaqlığına buraxılması və  müalicə müəssisəsinə göndərilməsi barədə vəsatətləri təmin etmirlər.  Vəkilin sözlərinə görə, buna istintaq etiraz edir.

Xatırlatma

Ötən il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların satışında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin 167-3.1 maddə (ekstremizmyönlü materialların saxlanması və yayılması) ilə ittiham olunub.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az