Apellyasiya Məhkəməsi Əziz Orucovu həbsdə saxlayıb

tərəfindən Gozetci

Əziz Orucov

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi Kanal-13 İnternet- televiziyasının rəhbəri Əziz Orucovun ev dustaqlığına buraxılmasından imtinaya dair şikayəti təmin etməyib.

Vəkil Aqil Layıc Turan-a bildirib ki, müdafiə tərəfi qərarın müsbət olacağını güman etmirdi, ancaq sonradan  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün belə bir şikayət verilməliydi.

Layıc qeyd edib ki, Orucov ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir və cinayət işini jurnalist fəaliyyətilə əlaqələndirir.

* Orucov ötən il noyabrın 27-də saxlanılıb və 188.2-ci (mülkiyyət hüququ olmadan torpaq sahəsində özbaşına tikinti işləri aparma) maddə ilə ittiham olunub. Ertəsi gün məhkəmə onu üç ay həbs edib.

Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Orucovu 8 ilədək həbs təhlükəsi gözləyir.

2017-ci ildə Əziz Orucov qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv etdi.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az