Human Rights Watch Tofiq Yaqublunun həbsini pisləyir, bütün jurnalistləri və fəalları azad etməyi tələb edir

tərəfindən Gozetci

Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və açıq sözlü hökumət tənqidçisi Tofiq Yaqublunu sənədlərin saxtalaşdırılması və qondarma dələduzluq ittihamı ilə həbs edib. Yaqublunun həbsi Azərbaycanda jurnalistləri və digər hökumət tənqidçilərini hədəf alan həbslər dalğası fonunda baş verir.

Bu barədə dekabrın 19-da “Human Rights Watch” insan haqları təşkilatının yaydığı bəyanatda deyilir.

“Azərbaycan hakimiyyəti hökumətin opponentlərinə, jurnalistlərə və digər tənqidçilərə hücumu davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulması tendensiyasının davamıdır”, deyə təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

“Human Rights Watch” qeyd edir ki, müxalifətçi barəsində əsaslandırılmamış şəkildə, formal əsasla həbs-qətimkan tədbiri seçmək Avropa İnsan Haqları Konvensiyasının qanunsuz saxlamaya qarşı standartlarını pozur.

“Azərbaycan hökumətinin tənqidçilərinə qarşı “əcinnə ovu” onun azad sözə və insan haqlarının qorumasına qarşı hörmətsizliyinin göstəricisidir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistlər və müxalifət fəallarına qarşı təzyiqləri dayandırmalıdır”, deyə o, əlavə edib.

Xatırlatma

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az