İlhamiz Quliyevin apellyasiya şikayəti təmin edilməyib

tərəfindən Gozetci

İlhamiz Quliyev

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal İlhamiz Quliyevin şikayətinə baxılıb.

Yasamal Rayon Məhkəməsi dekabrın 6-da ictimai fəal barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib, apellyasiya şikayəti də bu qərardan verilib.

Həmin qərardan şikayət verən İlham Quliyevin vəkili Zibeydə Sadıqova bildirib ki, ictimai fəalın özü də məhkəmədə iştirak edib:

“Bildirdi ki, bu cinayət əməlində onun heç bir rolu yoxdur, ümumiyyətlə, narkotik satmır, narkotik onun cibinə sonradan qoyulub. Çox təəssüf ki, məhkəmə bizim şikayətimizi təmin etmədi”.

Xatırlatma

İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb.

Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az