Hafiz Babalı saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Hafiz Babalı

 

Bakının Xətai Rayon Məhkəməsi dekabrın 14-də araşdırmaçı jurnalist Hafiz Babalı barəsində istintaq dövrü üçün 3 ay həbs qətimkan tədbiri seçib.

Vəkili Rəsul Cəfərov jurnalistlərə bildirib ki, məhkəmədə Babalı qaçaqmalçılıq ittihamlarını təkzib edib, cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Müdafiə tərəfi həbsdən apellyasiya şikayəti verəcək.

Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, “Abzas Media”nın jurnalistlərinə qarşı iş üzrə istintaqa cəlb edilib.

Hafiz Babalının və jurnalistlərin həbsi beynəlxalq təşkilatlarla yanaşı diplomatların və siyasətçilərin də narahatlığına səbəb olub.

Belə ki, dekabrın 14-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanda jurnalistlərin, o cümlədən Hafiz Babalının həbsi ilə bağlı məyusluğunu bildirib.

“Jurnalistlərin son həbsləri ilə bağlı xəbərlər arasında Hafiz Babalının həbsini görmək məni daha da kədərləndirdi. Mətbuat azadlığı demokratiyanın mühüm sütunudur və Avropa Surası ölkələri jurnalistlərin məhdudiyyət və təhdid olmadan reportaj hazırlamaq hüquqlarını təmin etməlidir”, səfir X platformasında yazıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi bidlirir ki, Hafiz Babalının həbsindən, eləcə də son zamanlar müşahidə etdikləri jurnalistlərin saxlanması tendensiyasından çox narahatdırlar.

“Biz Azərbaycan hökumətini, ifadə və mətbuat azadlığı daxil olmaqla, fundamental azdlıqlardan yararlanan hər kəsin hüquqlarına hörmətlə yanaşmağa çağırırıq”, ABŞ səfirliyi facebook səhifəsində qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, peşəkar korrupsiya araşdırmaçısı olan Hafiz Babalını həbs etməklə Əliyev hakimiyyəti cəmiyyətə “bizim korrupsiyanı araşdırmayın, biz oğurlayanda gözünüzü yumun, görməzliyə vurun” deyir.

“Araşdırmaçı jurnalist Hafiz Babalını bir çoxunuz tanımaya bilərsiz. O, şok xəbərlərlə gündəmə gəlmir. Ancaq çox bacarıqlı və cəsarətli araşdırmaçı jurnalistdir. Yaxşı iqtisadçıdır, məsuliyyətli və təşəbbüskar vətəndaşdır. Uydurma Abzas Media işi üzrə bu gün Hafiz Babalını da da polis saxlayıb. Hafiz Babalı son həftələrdə həbs olunan 7-ci jurnalistdir. Xalq olaraq növbəti ağır sınaqdan keçirik. Hamımız səsimizi ucaltmalı, etiraz etməliyik. Bu kütləvi həbslər, polis zorakılığı qarşısında da xalq olaraq dik duruşumuzu qoruyub saxlamalıyıq. Həbs edilmiş, girov götürülmüş əqidə yoldaşlarımızı, jurnalistləri və bütün siyasi məhbusları sonunadək və hamılıqla müdafiə etməliyik”, Kərimli Facebook səhifəsində qeyd edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az