Osman Nərimanoğlunun ailəsi məhkəmə prosesinin əsassız olaraq uzadıldığını bildirir

tərəfindən Gozetci

Osman Nərimanoğlu

“Demokratik.az” saytının  redaktoru Osman Nərimanoğlunun (Rzayev) işi üzrə məhkəmə istintaqı əsassız olaraq gecikir”, – onun xanımı Arzu Rzayeva Turan-a bildirib.

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə hədə ilə tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra o, bildirib ki, ittihamlar yalandır, Goranboy və Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurları və həkimlərinin korrupsiya əməlləri barədə materialların dərcindən sonra onların böhtanına məruz qalıb.

Məhkəmə istintaqı fevralın əvvəlindən davam edir və əsassız olaraq yubadılır, sayt rəhbərinin xanımı qeyd edib.

“Sonuncu dəfə iclas sentyabrın 7-də, yəni üç ay əvvəl keçirilib. O zaman məhkəmə Osmanın telefon danışıqlarından çıxarışları təmin etmək üçün mobil operatorlara sorğu göndərmək qərarına gəlmişdi. Qanuna görə, məhkəmə sorğuları 30 gün ərzində təmin edilməlidir. Operatorlardan cavablar gəlib, lakin iclaslar keçirilmir”, – Rzayeva bildirib.

Onun sözlərinə görə, dekabrın 7-nə təyin olunmuş iclas qeyri-müəyyən müddətə təxirə salınıb. Bəhanə də bu olub ki, “Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbçinin məhkəməsi keçirilir” .

“Erməni hərbçilərin işinə başqa hakim heyəti baxıb. Bu, Osmanın məhkəməsini yenidən təxirə salmaq üçün bəhanə idi”, – Rzayeva deyib.

O, Nərimanoğluna “mənəvi təzyiq” göstərərək onu “mümkün qədər uzun müddət” həbsdə saxlamaq üçün məhkəmə prosesinin uzadılmasını “sifariş” hesab edir.

Rzayevanın dediklərinə görə, həyat yoldaşının günahına dair səhih sübut yoxdur və o, şahidlərin yalan ifadələri əsasında mühakimə olunur.

Gəncə Ağır Cinayətlər Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az