ABŞ Qubad İbadoğlunun səhhətinin pisləşməsindən narahatdır

tərəfindən Gozetci

Metyu Miller

ABŞ çərşənbə axşamı bir daha Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb. Bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqində TURANın suallarını cavablandırarkən deyib:

“Biz Qubad İbadoğlunun həbsindan narahatıq və onun səhhətinin pisləşməkdə davam etdiyi barədə xəbərlər bizi çox məyus edir. Biz bir neçə dəfə Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırmışıq. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq hamının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq. Bunu həm açıq, həm də özəl şəkildə deyirik”.

Azərbaycanda demokratik prinsiplərin və sosial-iqtisadi tərəqqinin müdafiəsi ilə məşğul olan hörmətli iqtisadçı İbadoğlu iyulun 23-də Bakıda saxta pul  hazırlamaqda  (40 min dollar) iddia etdikdən sonra saxlanılıb.

Ailəsinin bildirdiyinə görə, İbadoğlunun səhhəti saxlanıldığı müddətdə kəskin şəkildə pisləşir.

Həm ABŞ, həm Böyük Britaniya, həm də Aİ Azərbaycanı onun hüquqlarını və əsas azadlıqlarını qorumağa və humanitar əsaslarla azad etməyə çağırıb.

Bir neçə amerikalı qanunverici bu yaxınlarda katib Entoni Blinkenə məktub göndərərək Dövlət Departamentini doktor İbadoğlunun azad edilməsini müdafiə etməyə çağırıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az