Gənc fəal Elmir Abbasov saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Elmir Abbasov

Nidaçı fəala 20 sutka həbs verildi

İyunun 22-də Sumqayıt Şəhər Məhkəməsi NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasova 20 sutka həbs cəzası verib.

Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.

Bu barədə Meydan TV-yə vəkil Zibeydə Sadıqova məlumat verib. Vəkil apellyasiya şikayəti verəcəklərini bildirib.

*  *   *

NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov iyunun 21-də saxlanılıb.

Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumatına görə, o, saat 22:00 radələrində anasına zəng vuraraq evə gəldiyini deyib və marketdən nə lazım olduğunu soruşub, amma nəticədə evə gəlməyib.

Daxili İşlər Nazirliyindən (DİN) “Turan”a bildirilib ki, E.Abbasov ictimai asayiş qaydalarını pozduğuna görə saxlanılıb, araşdırma aparılır.

NİDA-dan isə deyilib ki, fəalın həbsinin əsl səbəbi Gədəbəy hadisələrindən sonra onun polisi kəskin tənqid edən yazdığı statusdur: “Elmir polisi tənqid etdiyi üçün oğurlanıb və şərlənərək həbs edilib”.

AzadlıqRadiosu 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az