İmişlidə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yaşadıqları binanın suyu kəsilib. “Gözətçi” xəbər veir ki, bu barədə sakinlər göndərdiyi şikayətdə məlumat veriblər.
Rəsmilər suyun kəsilmə səbəbini yığılıb qalmış 17 min manat borcla əlaqələndirirlər. Sakinlər isə bildirirlər ki, mənzillərinə sayğac qoyulub, istehlak etdikləri suyun dəyərini ödəyirlər.
Sakinlərin sözlərinə görə, borcun hansı səbəbdən yaranmağı onlara məlum deyil və məsələ ilə bağlı müraciətlərinə isə dəqiq məlumat verilmir.
Qeyd edək ki, Nəcməddin Savalanov küçəsində yerləşən 6 mərtəbəli, 54 mənzilli yaşayış evi 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına inşa edilərək istifadəyə verilib.
Daha ətraflı linkdə