“Bolt” sürücüləri etiraz aksiyası keçirib

tərəfindən Gozetci

Aprelin 13-də Bakıda “Bolt” taksi şirkəti ilə əməkdaşlıq edən sürücülər bu qurumun yerli təmsilçiliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar qiymətlərin aşağı və buna görə də gəlirlərinin az olduğunu deyiblər. 

“Taksi az qala avtobusdan ucuzdur. 9 kilometr üçün 2 manat 10 qəpik yazır. 200 kilometr sürsəm, qazancım 30-35 manat olur. Onun hələ benzini, ehtiyat hissələri var”, -aksiya iştirakçılarından biri söyləyib.

Onun vurğulamasına görə, hər şeyin qiyməti qalxıb: “Ən ucuz motor yağı 60 manatdır. Hələ də hər gedişdən şirkət 20 faiz komissiya tutur və ayda 70 manat vergi ödəyirik. Olmaz axı belə. Biz etiraz edəndə şirkətdən deyirlər ki, gediş haqqını düzgün hesablamışıq, düzələcək, amma heç nə düzəlmir”.

Şirkətdən aksiya keçirənlərdən bir neçə nəfəri qəbul ediblər. Onlara deyiblər ki, xaricdə yerləşən baş ofisə sürücülərin tələblərini çatdıracaqlar və qiymətlər tənzimlənəcək.

Bütün bu deyilənlərə “Bolt Services Az” şirkətindən ayrıca münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az