“Tərtər işi”nin qurbanları etiraz aksiyası keçirib

tərəfindən Gozetci

“Prezidentə sual verirəm, sənin balanın başına bu oyunu gətirsələr, nəvələrinin balanın qatilinin qabağında xidmət etməsinə razı olarsanmı? Bir ana kimi mən razı olmaram. Mənim balamın atasının qanı damla-damla necə tökülübsə, o qan sonuna kimi alınmayacaqsa, mənim uşağımı çağırmasınlar əsgərliyə!”

“Tərtər işi” üzrə zərərçəkənlər Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib. Martın 28-də hərbçilərə işgəncə verməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Zərərçəkənlər iş üzrə məsuliyyətdən kənarda qalan vəzifəli şəxslərin də cəzalandırılmasını tələb edirlər.

2017-ci ilin mayında vətənə xəyanət ittihamı ilə həbs edilənlərdən bəziləri bəraət alsa da, aralarında ömürlük hökm oxunanı da olan digər hərbçilər həbsdə qalıb. Məhkumların yaxınları onların işinin də istintaqa qayıtmasını, ədalətli hökm çıxarılmasını istəyirlər.

2022-ci ilin dekabrında iş üzrə cəza çəkən 19 nəfər bəraət alaraq azadlığa buraxılıb. Ömürlərinin 6 ilə yaxın dövrünü qapalı cəzaçəkmə müəssisənində keçirən vətəndaşlar azadlığa çıxdıqdan sonra da əvvəlki həyatlarına qayıda bilmirlər. Dövlət qurumlarının biganəliyi, bürokratiya və işsizlikdən əziyyət çəkdiklərini deyirlər.

“Tərtər işi” üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib. Hərbçilərə işgəncə verməkdə suçlanan 12 nəfər həbs edilib, bir nəfər axtarışa verilib.  Ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az