Saatlıda yenidən su aksiyası olub

tərəfindən Gozetci

Martın 27-də Saatlı rayonunun Çolpı kənd sakinləri suyun olmaması iddiası ilə etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları kəndin “dörd yol” deyilən yerində yığışaraq su problemi ilə üzləşdiklərini və illərlə bu məsələnin həll edilmədiyini bildiriblər.

Onlar habelə vurğulayıblar ki, iki həftə öncə, martın 13-də rayonda su tələbi ilə başqa iki kəndin sakinləri aksiya keçirərkən polis rezin güllədən istifadə edib: “O vaxt rayon sakinlərinə su probleminin həll olunacağını vəd ediblər, amma, hələlik, problem tam həll edilməyib”.

Aksiya iştirakçıları bildirib ki, əkinlərini suvara bilmirlər, suyu pulla alırlar: “Qonşu kəndlərə su gəlir, bizim suyumuz isə məmurlara gedir”.

Onlar dövlət orqanlarının onların qarşısına çıxmadığını və problemlə ciddi şəkildə maraqlanmadıqlarını iddia ediblər.

Aksiyaya polis müdaxiləsi olmayıb. Orada səslənən fikrilərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az