AXCP fəalı 25 gün müddətinə həbs edilib

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İsmayıllı rayon şöbəsinin fəalı Zaur Usubov İsmayıllı rayon Məhkəməsinin qərarı ilə 25 sutkalığa inzibati həbsə məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib.

Bu barədə AXCP məlumat yayıb.

AXCP ittihamı saxta hesab edir və fəalın həbsinin sosial şəbəkələrdə kəskin tənqidi statusları ilə bağlı olduğunu bildirir.

Xatırladaq ki, Zaur Usubov bu il həbs edilən 6-cı AXCP fəalıdır. AXCP fəallarının 5-i inzibati həbsə məhkum edilib, bir fəal – AXCP Salyan rayon təşkilatının sədri Zamin Salayev isə cinayət məsuliyyətinə cəlb edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az