Vəkil saxlanılan iki gəncin yerini müəyyənləşdirə bilmədiyini deyir

tərəfindən Gozetci

“Hər iki gənc Bəxtiyara azadlıq tələb etdiyi halda, öz azadlıqlarından oldular”

Bəxtiyar üçün azadlıq tələb edən gənclərdən ikisinin yeri naməlum qalıb: Afiəddin Məmmədov və Samir Sultanov. Onlar Bakı Apellyasiya Məhkəməsinin önündə Bəxtiyar Hacıyevə azadlıq tələb etdiyi üçün saxlanılan 5 ictimai fəaldan ikisidir. 

Vəkil Zibeydə Sadıqova onları axtardığını, lakin tapa bilmədiyini deyir:

“Mən Yasamal Rayon Məhkəməsinə getdim və bildirdilər ki, onları məhkəməyə gətirməyiblər. Məhkəmədən çıxıb 27-ci Polis Bölməsinə getdim. Bölmədə mənə birinci dedilər ki, məhkəməyə göndəriblər. Bildirəndə ki, məhkəmədən gəlirəm və ora aparmayıblar, tez düzəliş edib dedilər ki, sərbəst buraxılıblar”. 

“Nazirlik ilə əlaqə saxlayanda isə dedilər ki, buraxılmayıblar. Mən də Yasamal Rayon Polis İdarəsinə getdim və oradan da öyrəndim ki, uşaqlar orda da deyil. 

Beləcə, nə Afiəddin, nə də Samirin harada saxlanıldığını və nə üçün saxlanıldığını öyrənə bilmədim”, – vəkil qeyd edib. 

Zibeydə Sadıqova “Facebook” paylaşımında “Müdafiə hüququnun adı var, özü yox. 

Hər iki gənc Bəxtiyara azadlıq tələb etdiyi halda, öz azadlıqlarından oldular”, – deyə yazıb.

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin vəkillərinin şikayətinə baxılıb, Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bununla da ictimai fəal həbsdə qalıb. Məhkəmə önündə Bəxtiyar Hacıyevə azadlıq tələb edən gənclərdən 5-i saxlanılıb. Sonradan onıardan 3-ü sərbəst buraxılıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az