Bəxtiyar Hacıyev infuziyadan imtina edib və quru aclığı davam etdirir – həkim

tərəfindən Gozetci

Həkim-professor Adil Qeybulla cümə günü axşam Penitensiar Xidmətin Müalicə Müəssisəsində 40 gündür aclıq edən fəal Bəxtiyar Hacıyevə baş çəkib.

Həkimin Turan Agentliyinə verdiyi məlumata görə, fəal yenə infuziyadan imtina edib və quru aclığı davam etdirir. Onun sözlərinə görə, Hacıyev xeyli arıqlayıb və əsəb pozğunluğu var.

Öz növbəsində, vəkil Aqil Layıc bildirib ki, Hacıyevin ev dustaqlığına köçürülməsindən imtina qərarından verdiyi apellyasiya şikayətinə fevralın 20-də baxılacaq.

Qeyd edək ki, fevralın 16-da Hacıyev azad edilməsi tələbi ilə quru aclığa keçib. O, etiraz aksiyasına yanvarın 9-da başlayıb. 

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az