AXCP üzvü Orxan Baxışlı 30 sutkalıq həbs edilib

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlı saxlanıldığı bildirilir.

Fəalın anası Kəmalə Rəhimli Turana bildirib ki, oğlu səhər işə getmək üçün evdən çıxıb amma bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb. “İşə gəlib çıxmayıb, telefonuna da zəng çatmır. Ola bilsin ki, saxlanılıb. Çünki dünən Bəxtiyar Hacıyevin məhkəməsində müsahibə verərkən onu qıraraqdan polis əməkdaşı çəkirdi”.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi  Elşad Hacıyev Turan-a bildirib ki, Baxışlı  İnzibati xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaqda) təqsirli bilinib və 30 sutka müddətinə həbs edilib.

Qərar Xətai məhkəməsi tərəfindən verilib. 

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az