Tofiq Yaqublunun aclıq aksiyasına dəstək genişlənir

tərəfindən Gozetci

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun yanvarın 5-də başladığı aclıq aksiyasl genişlənməkdədir. Aksiyaya daha iki nəfər qoşulub.

Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu aclığa başladığını bildirib.

Maya Yaqublu yanvarın 8-də Amerikanın Səsinəı bildirib ki, Tofiq Yaqubluya dəstək məqsədi ilə dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin əməkdaşı Seymur Əhmədsoy və AXCP fəalı Elnur Quliyev onların yaşadığı evə gələrək aclıq aksiyasına qoşulub.

“Aclıq aksiyasına qoşulmaq üçün çoxsaylı insanlar müraciət edib. Onlar Müsavat Partiyasının qərargahında aclığa başlayacaqlarını bildirib. Həmçinin ölkənin regionlarından da fəallar aclıq aksiyasına qoşulacağını bildirib”, Maya YaqubluTurana  deyib.

AXCP sədri Əli Kərinli bildirib ki, ölkənin mübariz insanları Tofiq Yaqublunun məhv edilməsinə seyrçi qalmayacaq.

“Etiraz hərəkatı genişlənəcək və bütün ölkə Tofiq bəyə azadlıq tələb edəcək. İlham Əliyev də bilməlidir ki, Tofiq Yaqublunun həyatına görə şəxsən məsuliyyət daşıyır. Tofiq Yaqubludan əl çəkin!” o facebook səhifəsində qeyd edib.

Yanvarın 8-də vəkil Nemət Kərimli Binəqədidəki inzibati qaydada həbs edilən şəxslərin saxlandığı təcridxanada T.Yaqubluya baş çəkib.

“Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. O, çox halsız idi. Buna baxmayaraq, Tofiq Yaqublu mübarizəsini davam etdirəcəyini bildirib”, deyə vəkil Turan-a bildirib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu yanvarın 5-dən aclıq etdiyni bildirib.

Yanvarın 7-də Maya Yaqublu Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində həyat yoldaşına baş çəkib.

“Biz şüşə arakəsmənin arxasından bir-birimizlə danışdıq. Orada mikrofon işləmirdi deyə bir-birimizi eşitmirdik. 10 dəqiqəyədək danışdıq, amma bir-birimizi zorla başa düşürdük. O elə bir insandır ki, səhhəti pis də olsa demir. Qan təzyiqi qalxıbmış, həkim dərman verib. O həkimin yanından çıxıb mənimlə görüşə gəldi”.

Tofiq Yaqublu bilidrib ki, onun haqq sözü eşidilməyincə aclığı davam etdirəcək.

“Mən də onun dedikləri ilə razıyam və ona qoşularaq bu gündən aclıq elan edirəm”, Maya Yaqublu Turana deyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya ilə bağlı həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az