Elçin Məmməd məhkəmənin şikayətinə baxılmasını gecikdirməsindən şikayət edir

tərəfindən Gozetci

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Elçin Məmmədin şərti azadlığa buraxılmasının rədd edilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinin qərarından şikayətini geri qaytarıb.

Bu barədə Məmmədin rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquq Maarifləndirilməsi” QHT-nin məlumatında deyilir.

Apellyasiya Məhkəməsi şikayətin qəbulundan imtina edilməsini birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulması kimi əsaslandırıb. İki aya yaxındır ki, məhkəmə orqanlarının bü uzunçulugu  davam edir. Məmməd bunu özünün məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirir. Əvvəllər Məmmədin intizam tənbehi olmasa da, birinci instansiya məhkəməsi onu cəzasının 1/3 hissəsini çəkdikdən sonra cəzasının yüngülləşdirilməsindən imtina edib.

* Sumqayıt Gənclərinin Hüquq Maarifləndirilməsi QHT-nin rəhbəri, “Yüksəliş Naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Həmin il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi onu “oğurluq” və “qanunsuz olaraq döyüş sursatı və silah saxlama” maddələri ilə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Beynəlxalq Amnesty İnternational, PEN, FİACAT və digər təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az