Bəxtiyar Hacıyev növbəti dəfə saxlanılıb

tərəfindən Gozetci

Bazar ertəsi saat 13:00-da polis ictimai fəal Bəxtiyar Hacıyevi saxlayıb. Bu barədə hüquq müdafiəçisi, “Müdafiə xətti” təşkilatının həmtəsisçisi Zaur Əkbər bildirib.

Hacıyevin özü isə saxlanmazdan bir neçə dəqiqə öncə onun qışqırığının eşidilməsilə bağlı 2 saniyəlik video yayımlamağa müvəffəq olub: “Deyirəm, burax!”.

Son bir ildə Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi və şəxsən nazir Vilayət Eyvazovun ünvanına tənqidlərə görə bir neçə dəfə saxlanılıb.

Bugünkü hadisənin təfərrüatları hələ ki aydın deyil. Daxili İşlər Nazirliyi heç bir açıqlama verməyib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az