REAL-çının həbsdən çıxmamış yenidən həbs edildiyi deyilir

tərəfindən Gozetci

REAL Partiyasının üzvü Elnur Şahverdiyevin inzibati həbs cəzası bitən kimi yenidən həbs olunduğu bildirilir. Bu barədə fəalın qardaşı Ramil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, qardaşı ilk dəfə iyulun 14-də yaşadığı Astara rayonunda həbs olunub:

“Həmin gün mülki geyimli polis əməkdaşları bizə məxsus təndirxanaya gəliblər və anama guya bizdən təndir alan şəxsin şikayət verdiyini deyiblər. Qardaşım isə gələn kimi onu yerə yıxıblar, sonra kobudluqla maşına mindirib aparıblar. Daha sonra Astara Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimətlə 30 sutka inzibati həbs cəzası veriblər”.

R.Şahverdiyev qeyd edib ki, həbsin gerçək səbəbi qardaşının Facebook-da yazdığı statusları olub. Onun sözlərinə görə, E.Şahverdiyev dünən, avqustun 14-də həbsdən çıxmalı olsa da, onu azadlığa buraxmayıblar:

“Elə dünən məhkəmə qurub yenidən inzibati qaydada 30 sutka həbs ediblər. Adını qoyublar ki, guya qardaşım narkotik istifadəçisidir. Amma bu, qətiyyən elə deyil”.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Astara Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, tənqidi statuslara görə müxalif fikirli insanların şərlənərək həbs edilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az