Gürcüstan prokurorluğu azərbaycanlı jurnalistin oğurlanmasında hakimiyyətin əli olması ilə bağlı sabiq rəsminin bəyanatını araşdırır

tərəfindən Gozetci

Gürcüstan Baş Prokurorluğu avqustun 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvilinin 2017-ci ildə Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında hakimiyyətin iştirakı olduğu haqqında bəyanatını araşdırmağa başlayıb.

Qoqaşvili həmçinin parlament seçkiləri zamanı seçicilərin ələ alınması faktlarından bəhs edib. Prokurorluq bütün bu faktları yoxlamağa başlayıb.

Bu barədə Gürcüstan mediası məlumat yayıb.

Muxtarlı “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvilinin əmri ilə oğurlanıb və zorla Bakıya gətirilib, bu barədə iyulun 26-da Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvili bildirib.

Qoqaşvili iddia edir ki, bu iş üzrə bütün dəlillər DTX-nin əməliyyat-texniki departamenti tərəfindən məhv edilib.

2017-ci ilin mayında Gürcüstan güc qurumlarının əməkdaşları Əfqan Muxtarlını oğurlayaraq sərhəddə Azərbaycan tərəfinə təhvil veriblər. Sonradan jurnalist Bakıya gətirilib və 2018-ci ilin yanvarında sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamı ilə altı il müddətinə həbsə məhkum edilib.

AmerikanınSəsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az