Şirvanda daha bir qadın qətlə yetirildi

tərəfindən Gozetci

Təkcə iyul ayında 30 gender əsaslı zorakılıq faktı işıqlandırılıb

Şirvan şəhər sakini, 28 yaşlı Cəmalə Qənbərova qətlə yetirilib. Şirvan Şəhər Prokurorluğunun məlumatına görə, onu həyat yoldaşı, 30 yaşlı Kəmaləddin Qənbərov öldürüb. Məlumatda deyilir ki, Kəmaləddin Qənbərov hadisəni azyaşlı oğlunun gözləri qarşısında törədib və qadına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Şəxsin daha sonra baldızını da bıçaqla yaralayaraq hadisə yerindən qaçdığı bildirilir.

Araşdırmaçı bloger Həbib Müntəzirin apardığı media monitorinqə əsasən təkcə iyul ayı ərzində 30 qadının fiziki zorakılığa məruz qalması, ölümü ilə bağlı məlumat yayımlanıb.

Bu qadınlardan 9-u qətlə yetirilib, 8-i bıçaqlanıb. 6 qadın döyülüb, 5 cinsi təcavüz hadisəsi ilə bağlı cinayət işi başlanıb, məhkəmə qərarı açıqlanıb, 2 intihar hadisəsi baş verib. Hadisələrin 9-u Bakıda, qalanları isə müxtəlif rayonlarda baş verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 860 gender əsaslı zorakılıqla bağlı məlumat qeydə alınıb. Media monitorinqinə görə isə 48 qadın öldürülüb, 33 qadın ağır xəsarət alıb, 35 qadın intihar edib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az