Müsavat fəalı 30 sutka həbsə məhkum edildi

tərəfindən Gozetci
Quru sərhədlərin bağlı saxlanmasına etiraz olaraq bu gün Nazirlər Kabinetinin qarşısında keçirilən etiraz aksiyasında saxlanılanlar sərbəst buraxılsa da, onlardan biri – Müsavat Partiyasının üzvü Əziz Məmiyevə Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.
Bu haqda Müsavat Partiyası məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. İddia olunur ki, Əziz Məmiyev “polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib”.

“Əziz bəy heç bir qanunsuz hərəkət etmədiyi anda, polis tərəfindən aşırı güc tətbiq edilməklə saxlanılıb və ona qarşı fiziki zorakılıq həyata keçirilib. Maşına mindirildikdən sonra da fiziki təzyiqlər davam edib. Əziz bəy dərhal azad edilməlidir” – deyə, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.

Basta

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az