İctimai fəala 30 sutka verilib

tərəfindən Gozetci

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisin üzvü, ictimai fəal Elçin İbrahimlinin saxlanıb 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyanın rayon təşkilatın sədri Faiq Cəfərzadə məlumat verib. Onun sözlərinə görə, ötən həftə, iyunun 23-də gecə saatlarında polislər gəlib Elçin İbrahimlini evindən aparıblar:

“İyunun 24-də səhər məhkəmə olub. Onu 30 sutka həbs ediblər. Elçin İbrahimli sosial şəbəkələrdə aktiv idi. Onu siyasi və ictimai fəaliyyətinə görə həbs ediblər. Hazırda rayon polis təcridxanasında yatır. O, şəkər xəstəsidir”.

DİN-in açıqlaması…

Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan isə bunları bildirdilər:

“Elçin İbrahimli ilə bağlı polis şöbəsinə vətəndaşların müraciətləri olub. Elçin İbrahimli dəfələrlə polis şöbəsinə dəvət olunsa da, gəlməyib. Polisin tələblərinə tabe olmadığına görə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib”.

Nazirlikdən bildirildiyinə görə, o, İnzibati Xətalar Məcəlləsinin (İXM) 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az