Dini fəal Fəqan Məmmədov 6 il həbs cəzasına məhkum edilib

tərəfindən Gozetci

    İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində dini fəal Fəqan Məmmədova hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə təqsirli bilib və altı il müddətinə azadlıqdan məhrum edib. Prokuror onun 7 il məhkum edilməsini istəyib.

Məmmədov ötən il sentyabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqla müəyyən edilib ki, Məmmədovun üzərində içərisində ümumi çəkisi 8 qram metamfetamin olan 4 paket aşkar edilib.

Lakin müdafiə tərəfi istintaqın çoxsaylı pozuntularla aparıldığını iddia edir. Belə ki, şəxsi axtarış saxlanma yerində deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılıb.

Vəkil yekun çıxışında bildirib ki, Məmmədovun işgəncə altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi etirafdan başqa iş üzrə səhih sübut yoxdur.

Fəal son sözündə ittihamları rədd edərək deyib ki, o, digər iki fəalla birlikdə Bakıdan Gəncəyə üzərində “Ya Hüseyn” yazılmış köynəkləri apararkən saxlanılıb.

Məmmədovun sözlərinə görə, polisdə onu yerə yıxıblar, təpikləyiblər və bədəninə elektrik cərəyanı veriblər. Məmmədovla birlikdə saxlanılan fəallardan birini buraxıblar, digəri Arif Cəfərov isə narkotik maddə ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri diqqəti ona yönəldirlər ki, Fəqan Məmmədov  dindarların topladığı yardımın məhbuslara çatdırılmasında “Gəncə işi” üzrə keçən şəxslərin ailələrinə fəal köməklik edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az