Aqil Məhərrəmov azadlığa çıxıb

tərəfindən Gozetci

Siyasi fəalın həbs müddəti bitib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmov azadlığa çıxıb.

Bu barədə AXCP fəalları məlumat və foto yayıblar.

Bildirilir ki, onun həbs müddəti bitib və hazırda evindədir.

Aqil Məhərrəmov 2018-ci il mayın 25-də AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov və partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli ilə birlikdə həbs olunub.

Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar.

İddia olunur ki, Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi pulları onlar alıb partiya rəhbərinə çatdırıblar.

Prokurorluğun rəsmi açıqlamasında 412 min dollardan söhbət gedir.

AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib və həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Əli Kərimli Saleh Rüstəmli ilə uzun illərdir ki, dost olduğunu deyib.

S.Rüstəmli ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.

Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Babək Həsənov isə ötən il əfv sərəncamı ilə azadlığa çıxıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az