Məhkəmə Nərgiz Absalamovanı yenə həbsdə saxlayıb

tərəfindən Gozetci

Nərgiz Absalamova

“Abzas Media”nin həbsdə olan əməkdaşı – jurnalist Nərgiz Absalamova növbəti dəfə ev dustaqlığına buaxılmayıb.

Jurnalistin vəkilinin həbsi nəzərdə tutmayan qətimkan tədbirinin seçilməsilə bağlı verdiyi vəsatətə bu gün Xətai Rayon Məhkəməsində baxılıb. Bu barədə “Abzas Media”ya jurnalistin vəkili Rövşanə Rəhimli məlumat verib.

Nərgiz Absalamova ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 3 ay daha uzadılıb.

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən “Abzas Media”nın rəhbərliyi və əməkdaşları ötən ilin noyabrından etibarən “qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər. Hazırda media qurumunun 6 üzvü həbsdədir. Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.

AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az