Əli Əliyevin həbs müddəti uzadılıb

tərəfindən Gozetci

Partiya sədrinin həbsinin 1 ay uzadılması ilə bağlı qərar çıxarılıb

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin cəzası 1 ay da artırılıb.

Bu qərar aprelin 15-də Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.

Məhkəmə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında verdiyi şikayətə əsasən qərar çıxardığını bildirib.

Partiya sədri ilə bağlı əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.

Əli Əliyev 2021-ci ilin noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.

Əli Əliyev dekabrın 9-da “Youtube” platformasındakı “Osmanqızı” kanalında bu qəzanı şərh edərkən deyib ki, telekanallarda müsahibə verən və qəzadan sağ çıxdığı bildirilən iki zabitin əslində, hadisə vaxtı vertolyotda olduğuna inanmır.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonununda qəzaya uğrayıb, nəticədə 14 zabit həlak olub.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az