BMT Rusiyanı İnsan Haqları Şurasından çıxarıb

tərəfindən Gozetci

Azərbaycan və Ermənistan iclasa qatılmayıb

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanı İnsan Hüquqları Şurasından çıxaran qətnamə qəbul edib.

93 ölkə qətnaməni dəstəkləyib, 24 əleyhinə səs verib, 58 bitərəf qalıb.

Azərbaycan və Ermənistan iclasa qatılmayıb. Gürcüstan və Türkiyə isə qətnamənin lehinə səs verib.

Sənədi ABŞ, Ukrayna, Latviya və bir sıra qərb dövlətlərinin hazırladığı bildirilib.

 

 

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az