Müsavatçı təkbaşına aksiya keçirib, saxlanılıb

tərəfindən Gozetci

Aprelin 5-də müxalif Müsavat Partiyasının üzvü Əziz Məmiyev Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyasını keçirib.

Fəalin sözlərinə görə, o, təqib və təhdid olunur:

“Facebook-dan saxta profillərlə yazıb təhdid edirlər. Bir müddət əvvəl xarici nömrələr vasitəsilə, gizli nömrələr ilə zəng edib ən əxlaqsız küçə söyüşləri ilə özümü, ailə üzvlərimi söyüb, təhqir edirdilər”.

O qeyd edib ki, Daxili İşlər Nazirliyinə müraciətlər etsə də, tədbir görülməyib.

Müxalifətçi fəal iddia edir ki, onu intim görüntülərinin yayılması ilə təhdid edirlər:

“İndi də “səndə dəyərli olan bir şey var, az qalıb, səndən alacağıq onu” deyib təhdid edirlər. Bu hakimiyyət artıq bütün qırmızı xətləri keçdi”.

Aksiya zamanı Ə.Məmiyevi polis saxlayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Turan”a bildirilib ki, ictimaiyyətə məlumat veriləcək.

Buna qədər isə oxşar şikayətlərə cavab olaraq rəsmi qurumlar hakimiyyətin müxalif fəalları basqı və təhdid altında saxlaması barədə iddiaları əsaslı saymayıblar. Daxili İşlər Nazirliyindən də şikayətlərin obyektiv araşdırıldığını açıqlayıblar.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az