Birinci Qarabağ müharibəsi veteranı təqaüdünün bərpasını tələb edir (VİDEO)

tərəfindən Gozetci

“Gözətçi” xəbər verir ki, Göyçay rayon, Şahsoltanlı kənd sakini Fəda Əmirov Birinci Qarabağ müharibəsində iştirak edib. O, 1992-ci ildə Göyçay Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb, Ağdərə, Tərtər uğrunda gedən döyüşlərdə vuruşub.

Fəda Əmirov bildirir ki, o, döyüşlərin birində sol ayağından və belindən yaralanıb və buna görə də hərbidən təxris olunub. Onun sözlərinə görə, həmin vaxt o, əlillik təyin edilməsi üçün müraciət edib, amma nəticəsi olmayıb. Yalnız 2006-cı ildə ona ikinci qrup əlillik təyin edilib.

2021-ci ilin iyun ayından isə əlillik pensiyası dayandırılıb. Fəda Əmirov əlillik pensiyasının bərpası üçün müraciət etsə də, şikayəti cavasız qalıb.

Daha ətraflı linkdə

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az