86
İctimai fəal, meclis.info platformasının təsisçisi İmran Əliyev 20 saat polis bölməsində saxlanıldıqdan sonra bu gün sərbəst buraxılıb. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, Əliyev DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Vəkil Əliyevin saxlanılmasının səbəbləri haqqında məlumata malik deyildi. Əliyev özü hələlik bu barədə məlumat verməyib, onun mobil telefonu isə söndürülüb.
Meclis.info platforması Azərbaycan vətəndaşlarını ölkə parlamentinin fəaliyyəti, baxılan qanun layihələri, deputatların çıxışları və müsahibələri və s. haqqında məlumatlandırır.
Turan