AXCP fəalı Ümidovun apellyasiya şikayəti üzrə təkrar təhqiqat

tərəfindən Gozetci

Bakı Apellyasiya Məhkəməsində fevralın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, 59 yaşlı Paşa Ümidovun işi üzrə təkrar təhqiqat başlayıb.

O, 2019-cu il oktyabrın 15-də saxlanılıb. Növbəti gün ona qarşı Azərbaycan CM-in 234.2-ci maddəsi ilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham irəli sürülüb. 2020-ci ilin avqustunda Ümidov 4,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Amma ötən ilin dekabrında Azərbaycan Ali Məhkəməsi şikayətə təkrar baxılması üçün işi apellyasiya instansiyasına qaytarıb.

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin jurnalistlərə verdiyi məlumata görə, Ali Məhkəmə işi məhkəmə istintaqı zamanı iş üzrə əsas şahid – Rəşad Verdiyev dindirilmədiyinə görə qaytarıb. Ümidov həbs edildiyi zaman Verdiyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır.

Dünən Ümidov Apellyasiya Məhkəməsində bildirib ki, saxlanıldıqdan sonra məhz Verdiyev onun üzərinə narkotik atıb.

Ümidov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadələri psixoloji təzyiq və təhdid altında verdiyini bildirib.

Ümidov həmçinin narkotik ticarətində ittiham olunduğu halda, evində niyə axtarış aparılmadığını soruşub.

Qeyd edək ki, Ümidov ictimai əsaslarla Kərimlinin sürücüsü və mühafizəçisidir. Hüquq müdafiəçiləri Ümidovu siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az