Polad Aslanov həkimlərin israrı ilə aclığı dayandırıb

tərəfindən Gozetci

Polad Aslanov həkimlərin israrlı tövsiyələrindən sonra 20-ci gündə aclıq aksiyasını dayandırıb. Bu barədə Turan-a yanvarın 25-də onun yoldaşı Gülmira Aslanova bildirib.

Bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mail Məmmədov ona zəng edib və jurnalistin aclığı dayandırdığını bildirib. Sonradan Aslanov özü də zəng edib və aclığı dayandırdığını təsdiq edib. Onun sözlərinə görə, qan təhlilləri çox pis çıxıb.

“Həkimlər deyiblər ki, aclığı davam etdirərsə, Poladın sümüklərində ağrı yarana bilər və o, ömürlük əlil qala bilər”, deyə Aslanova bildirib.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələb ilə açlığa başlayıb.

Aclıq aksiyasının 9-cu günündə Ali Məhkəmə Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az