Polad Aslanovun həyat yoldaşı DTX qarşısında etiraz aksiyası keçirib

tərəfindən Gozetci

Həbsdə olan redaktor Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yanvarın 11-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qarşısında təkbaşına etiraz aksiyası keçirib.

O, jurnalistlərə bildirib ki, işinə yenidən baxılması tələbi ilə aclıq aksiyasına başlayan həyat yoldaşına dəstək üçün aksiya keçirir.

“Bu günə qədər yoldaşım aclıq aksiyası edəndə daim onun qarşısnı almağa çalışmışam. Demişəm ki, sənin səhhətinə ziyandır. Amma indi onunla həmrəyəm və onun hüquqları uğrunda sonuna qədər mübarizə aparacağam.

Həyat yoldaşım deyir ki, “”Vətən xaini” damğası ilə yaşamaqdansa, ölsəm yaxşıdır”. Mən hər gün buraya gələcəyəm ya da Baş Prokurorluğa gedəcəyəm və etiraz aksiyası keçirəcəyəm”, deyə G.Aslanova bildirib.

Daha sonra o, DTX binasına dəvət edilib. Aslanova binadan çıxarkən bildirib ki, onu istintaq idarəsinin rəis müavini qəbul edib.

“Əvvəlcə o, mənim Poladın hüquqlarının pozulması haqqında iddialarımla razılaşmayıb. Amma sonradan bizi vəkil Elçin Sadıqovla birlikdə qəbul etməyə razılaşıb. Sabah biz birlikdə onun yanına gedəcəyik”, deyə G.Aslanova bildirib.

Onun fikrincə, işə Ali Məhkəmədən yenidən baxıla bilər.

Bu gün G.Aslanova 1 saylı cəzaçəkmə müəssisəsinə yoldaşı üçün siqaret və su verib.

“Əvvəlcə məndən bağlama qəbul etmək istəmədilər, amma sonra götürdülər. Bu gün Poladın aclıq aksiyası ilə bağlı məlumatım yoxdur, amma o, aclığı dayandırsaydı, mənə məlumat verərdilər”, deyə G.Aslanova bildirib.

Onun sözlərinə görə, elə bu gün Qırmızı Xaç Komitəsinin Bakı Nümayəndəliyindən ona zəng ediblər və aclıq aksiyası barədə KİV-dən öyrəndiklərini deyiblər və Poladın vəziyyəti ilə maraqlanıblar.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az