Jurnalistlər “Media haqqında” qanun layihəsinə növbəti dəfə etiraz edib

tərəfindən Gozetci

Dekabrın 28-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında ikinci oxunuşda qəbul edilən “Media haqqında” Qanun layihəsinə etiraz olaraq aksiya keçirib.

Jurnalistlər “Mürtəce qanuna yox!”, “Azad mətbuat!”, “Reyetsrini də götür get!” kimi şüarlar səsləndirib. Bundan əlavə, aksiya iştirakçıları “free media” yazılmış tibbi maskalar taxıb.

Polis bir neçə halda aksiyaya mane olmağa çalışıb, nəhayətdə aksiya iştirakçılarını dövrəyə alaraq dayanıb.

Jurnalistlər Milli Məclisi qanun layihəsini hazırki formada qəbul etməməyə çağırıb.

Aksiya iştirakçıları bəyan edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

Sənəddə həmçinin yeni qanun layihəsinə düzəlişlərin edilməsi və ictimaiyyətə açıq olması tələb edilir.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib ki, qanun qəbul olunarsa hər gün onları məhkəməyə verəcək.

Jurnalsitlər aksiyanın qətnaməsini Milli Məclisin məktublar şöbəsinə təqdim edib. Belə ki, Milli Məclisdə deputatlardan jurnalistlərin qarşısına çıxan olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az