98
Əli Əsədov bununla bağlı qərar imzalayıb
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.
Bu barədə, Baş nazir Əli Əsədov dekabrın 22-də qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.
Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ildən tətbiq edilir.
Sonuncu dəfə karantin rejiminin uzadılması haqqında qərar oktyabrın 29-da verilib.
Həmin gün xüsusi karantin rejimi yanvarın 1-dək uzadılıb.
Meydan TV