Saleh Rüstəmovun aclıq aksiyasının 39-cu günü

tərəfindən Gozetci

Saleh Rüstəmov həbsxana xəstəxanasında 39 gündür aclıq edir, son günlər o, quru aclığa başlayıb.

Bu gün vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin xəstəxanasında ona baş çəkib. Vəkilin sözlərinə görə, Rüstəmov tamamilə zəifləyib və çətinliklə danışır.

Onun sözlərinə görə, Müalicə Müəssisəsinin həkimləri tibbi müdaxilə və məcburi qidalandırma haqqında qərar qəbul etmək məcburiyyətində olduqlarını bildiriblər. Amma Rüstəmov buna qəti etiraz edir.

Bu gün bacısı onun yanına buraxılacaq, o, Rüstəmovu quru aclığı dayandırmağa razılaşdırmağa çalışacaq, deyə vəkil bildirib.

Siyasi məhbus Saleh Rüstəmov saxta ittihamlarla qanunsuz olaraq 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq aclıq edir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az