Tofiq Yaqublu prokurorluqda ifadə verib

tərəfindən Gozetci

Müxalifətyönlü siyasətçi Tofiq Yaqublu dekabrın 1-də polis tərəfindən amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbail Rayon Prokurorluğunda 4,5 saat ifadə verib.

Xatırladaq ki, o, fəal Saleh Rüstəmlini müdafiə aksiyası zamanı Fəvvarələr Meydanında saxlanılıb.

Səbail polisinin 39-cu bölməsində və onu Bakının kənarına aparıb Ələt qəsəbəsi yanında endirdikləri avtomobildə ağır döyülmələrdən sonra axşam buraxıblar.

Vəkil Nemət Kərimli Turan-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır.

Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir.

Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə “hadisə yeri”nə baxış təyin edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az