Atakişi kənd sakini əlillik pensiyasının dayandırılımasından şikayətçidir

tərəfindən Gozetci

Kürdəmir rayon, Atakişi kənd sakini Qorxmaz Usubov bu barədə, “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib.

Qorxmaz Usubovun sözlərinə görə, ona 2013-cü ildən “Onurğanın osteoxondrozu BOYUN və BEYİN FƏQƏRƏLƏRİNİN OSTEXONDROZU, DAVAMLI KÖKCÜK AĞRILARI” diqanozu ilə ikinci qrup əlillik təyin edilib və həmin vaxtdan buna görə pensiya alıb. 2021-ci ilin avqust ayından isə əlillik pensiyası dayandırılıb.

Şikayətçi bildirir ki, o, daimi olaraq Mərkəzi Dəmir Yolu Xəstəxanasında və Kürdəmir rayon Mərkəzi Xəstəxanasında (MX) ambulator və stasionar müalicə alıb.

“Sonuncu dəfə isə on gün (20.04.2021-30.04.21 ci il) Bakı şəhər 3 saylı Klinik xəstəxanasında stasionar müalicə almışam. Amma buna baxmayaraq, boyun və bel ağrılarım, baş gicəllənmə, eləcə də, kəllə beyin sinirləri hələ də aktivdir. Onurğa sütununda hərəkət məhdudlaşdığından paravertebral köklər beldə ağrılar törədir və bu da mənim hərəkətimi çətinləşdirir”.

Q. Usubov əlillik pensiyasının yenidən təyin edilməsi üçün bütün sənədlərini bu ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə salıb. Ancaq ona “natamam doldurma” ilə imtina cavabı gəlib. O, sənədlərini oktyabr ayında təkrar sisitemə vursa da, yenə də imtina cavabı gəlib. Səbəb kimi isə “müalicəyə ehtiyac var” göstərilib.

Qeyd edək ki, Qorxmaz Usubovun ailəsi dörd nəfərdən ibarətdir, işləmək qabiliyyətnə malik deyil və əlillik pensiyasından başqa heç bir yerdən gəliri yoxdur.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az