AXCP fəalı həbs edilib

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mütəllim Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə, AXCP-dən məlumat verilib.

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Partiyadan qeyd olunub ki, həbsin səbəbi onun siyasi fəaliyyəti ilə bağlıdır.

Mütəllim Orucov bu ilin iyunun 1-də Almaniyadan deportasiya olunub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az