80
Bu gün, oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində jurnalist və ictimai fəal Anar Abdulla barəsində Nərimanov Rayon Məhkəməsində seçilmiş inzibati cəza barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Vəkil Zibeydə Sadıqovanın məlumatına görə, prosesdə qərar qəbul olunub. Qərarə əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Xatırladaq ki, jurnalist və ictimai fəal Anar Abdullaya 15 sutka inzibati həbs cəzası verilib. Oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərara əsasən, Anar Abdulla İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.
Qeyd edək ki, Anar Abdulla oktyabrın 5-də polis bölməsinə çağrılıb və könüllü şəkildə gedib. O, bildirib ki, polis bölməsində haqqında tərtib olunmuş və məhkəməyə təqdim olunan inzibati xəta protokolunda yazılanlar həqiqətə uyğun deyil. Jurnalist və ictimai fəal polis bölməsində təzyiqə məruz qaldığını da deyib.
Anar Abdulla bundan öncə də etiraz aksiyalarının işıqlandırılması zamanı saxlanılıb.