Niyaməddin Əhmədov aclıq aksiyasını 21-ci günündə dayandırdı

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aclıq  aksiyasını 21-ci günündə  dayandırıb. O, bu addımı yaxınlarının və  AXCP rəhbərliyinin israrlı istəklərindən sonra atıb. Bu barədə, Turana vəkil Zibeydə Sadıqova məlumat verib.

Xatırladaq ki, Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. 16 aprel 2020-ci il tarixində karantin rejimini pozduğuna və polisə müqavimət göstərdiyinə görə 30 sutka həbs edilib.

Sonradan  ona qarşı terrorizmin maliyyələşdirilməsi ittihamı irəli sürülüb və səbəb kimi xaricdən pul alması göstərilib.

Əhmədov həbsdə olarkən ondan partiya liderinin əleyhinə ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Ancaq o, ifadə verməyib.

Oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib.

Sentyabrın 22-dən, prokurorun Əhmədovun barəsində ittiham hökmünü oxuduğu vaxtdan aclıq edir.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az