Həyat yoldaşı Polad Aslanova həbsxanada təzyiqlərin olduğunu deyir

tərəfindən Gozetci

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist  Polad Aslanova təzyiqlər olunur, ona süni şəkildə problem yaradırlar. Bu barədə, jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib.

«Poladla yaxından dostluq edən kamera yoldaşını karsa salıblar, ona  yemək, su keçirməyə imkan vermirlər. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi  məhbusları Polad Aslanovun üzərinə qaldırıb. Polad Aslanova qarşı təzyiqlər  siyasi məhbus Niyaməddin Əhmədova dəstəyini ifadə edən mesajın dərc olunmasından sonra başlayıb», deyə G.Aslanova iddia edir.

Penitensiar xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı təkzib edib, hüquq-mühafizə orqanlarında korrupsiya haqqında materiallar dərc etdiyinə görə cəzalandırıldığını bildirib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az