Birinci Qarabağ qazisi: “25 ildir aldığım əlillik pensiyamı kəsiblər” (VİDEO)

tərəfindən Gozetci

Quba sakini, Birinci Qarabağ müharibəsi qazisi Əkbər Camalov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, üç aydır əlillik pensiyası dayandırılıb.

“25 ildir mən Qarabağ əlili kimi pensiya alıram. Üç aydır pensiyamı saxlayıblar. Əlillərin Bərpa Mərkəzinə çağırıblar, deyirlər ki, “sənin indiki durumun əlilliyə əsas vermir”. Yaxşı, bəs indi mən nə etməliyəm?”

Qeyd edək ki, Əkbər Camalov 1993-cü ilin oktyabr ayında hərbi xidmətə çağrılıb və Füzuli rayonundakı Horadiz şəhəri və Lələtəpə bölgəsində döyüşlərdə iştirak edib. 1996-cı ildə erməni silahlı qüvvələrinin atdığı snaperdən yaralanıb. 7 ay qospitalda yatıb, daha sonra yararsız kimi hərbidən təxris edilib.

Qarşı tərəfin mövqeyinin dərc etməyə hazırıq.

Daha ətraflı linkdə

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az