Göyçay sakini ona verilən mal-qaranın xəstə olmasından şikayətlənir (VİDEO)

tərəfindən Gozetci

Göyçay rayon Kürdəmiş kənd sakini Zaur Həsənov ona məşğulluq idarəsi tərəfindən verilən mal-qaranın zəif və xəstə olmasından şikayət edir. Onun sözlərinə görə, oğlu İkinci Qarabağ iştirakçısıdır, bir neçə dəfə döyüşlərdə yaralanıb. Müalicə aldıqdan sonra təkrar müharibəyə qayıdıb, hazırda isə Şuşada hərbi xidmətdədir.

“Oğlum müharibədə göstərdiyi şücaətlərə görə veilən medallarla əlaqədar Göyçay rayon İcra Hakimiyyətinə dəvət edilərək ona məşğulluq idarəsindən mal-qara verilməsi təklif edilib. O da bu təkliflə razılaşıb. Ancaq 25-ə yaxın şəhid və qazi ailələrinə verilən bu mal-qaralar ya xəstədir, ya da zəif”.

Qeyd edək ki, iyunun 21-də Z. Həsənovun şikayət videosu “Gözətçi”də paylaşıldıqdan sonra Göyçay rayon Məşğulluq Mərkəzi və Baytarlıq İdarəsindən nümayəndə heyəti mal-qaraya baxış keçiriblər.

Zaur Həsənov deyir ki, baxış zamanı mal-qaranın həqiqətən xəstə və zəif olduğunu bildirdilər.

“Söz verdilər ki, qısa müddətdə mal-qara dəyişdiriləcək. Ancaq bir ay keçməsinə baxmayaraq, verilən vədi yerinə yetirməyiblər ”.

Daha ətraflı linkdə

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az