Göyçay sakini bankdan şikayətçidir

tərəfindən Gozetci

Zərxanım Mehdiyevanın 74 yaşı var. O, Göyçay rayonun Məlikkənd kəndində oğlu ilə birlikdə yaşayır. Oğlu Sumqayıtda parkda işləyərkən bir nəfərin “pul gətir, Qatar karuseli açıb işlədək” sözünə aldanaraq kredit götürmək üçün “Muğanbank”a üz tutub.

“2015-ci ilin mart ayında 2471 ABŞ dolları məbləğində pul götürdüm. Ondan sığorta üçün götürdülər, qalanını da mənə verdilər. 2017-ci ilə kimi hər ay 92 manat ödəniş etmişəm. Əlimdə ödədiyim ayların qəbzləri də var”.

Z. Mehidyevanın sözlərinə görə, əslində kredit 2019-cu ilin mart ayında biltməli imiş. Ancaq 2017-ci ildə əməliyyat olunub, ona görə 6 ay ödəniş edə bilməyib, üstünə faiz gəldi. 2020-ci ilin iyun ayında isə “Muğanbank”dan bir nümayəndə gəlib və ona bir neçə sənədə qol çəkdirib.

“Dedi ki, “Muğanbak” bağlanır, sizin ödənişləri də Beynəlxalq banka köçürürük. Siz bu sənədlərə qol çəkin. Bir var ki, təzədən faiz verəsiniz, bir də var 2000 manatın faizini bu ilin sonuna kimi ödəyib bitirəsiniz. Bildirdi ki, 2020-ci ilin sonuna kimi dollarla pul götürənlərin faizləri bağlanır. Mən də ilin sonuna kimi ödənişi etdim”.

Şikayətçi bildirir ki, xəstəliyi ilə əlaqədar əməliyyat olunduğu üçün təkrar 6 ay ödəniş edə bilməyib.

“260 manat pensiya alıram.  Özüm onkoloji xəstəyəm, hər ay dərmanlarıma 50-60 manat, bəlkə daha da çox pul ödəyirəm. İyul ayında pensiyamı alanda balansımda otuz manat pul var idi. Belnəlxalq bank altı ayın faizini mənim pensiyamdan çıxardıb. Birdən birə, heç bir xəbərdarlıq etmədən pensiyamdan bu qədər faizi necə kəsə bilərlər? Mən 30 manatla nə edə bilərəm? Beynəlxalq bankın nizamnaməsində göstərilir ki, müştərinin gəlirinin 50 % dən çox tutulması qadağandır. Ancaq Beynəlxalq bank öz nizamnaməsini pozmaqla mənim də yaşamaq hüququmu pozur”.

Şikayətlə bağlı “Gözətçi”nin Beynəlxalq banka göndərdiyi sorğuya cavab olaraq məsələnin araşdırılacağı bildirilib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az